Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Tovuzda yük maşını ilə minik avtomobili toqquşub,  ölən var

Tarix: 1 Fevral 2022 10:18

Tovuz rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə yanvarın 31-də Tovuz-Qovlar avtomobil yolunda qeydə alınıb.

Belə ki, İsmət Məmmədovun idarə etdiyi "Ford" markalı yük maşını ilə Vüqar Sadıqovun idarə etdiyi "VAZ-21074" markalı avtomobili toqquşub. Nəticədə "VAZ-21074" markalı avtomobilin sürücüsü V.Sadıqov aldığı xəsarətlərdən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az


Etiketlər:  Tovuzda yük maşını ilə minik avtomobili toqquşub ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ