Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 14:54
NATO Atlantikanın hər iki tərəfində yerləşən 30 dövləti birləşdirən ittifaqıdır. Əlbəttə, bir çox məsələlərdə fikir ayrılıqları var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
O qeyd edib ki, Alyans yaranandan fikir ayrılıqları olub:
"1956-cı ildə Süveyş böhranı zamanı, ya da 1960-cı illərdə Fransa alyansı tərk etmək istəyəndə, yaxud 2003-cü il müharibəsi zamanı (ABŞ-ın İraqdakı əməliyyatları - red.)... Yəni fikir ayrılıqları olub, var və olacaq. Ancaq NATO-nun gücü birlikdədir".