Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 18:30
2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanuna əsasən, daşınmaz əmlaka sahib olan hər kəs mülkünü məcburi qaydada sığortalamalı idi. Ancaq qanun icbari olsa da, proses zəif icra olundu. Ölkədə hələ də kifayət qədər sığortalanmayan daşınmaz əmlak qalıb. Xüsusilə də yaşayış evləri.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 2020-ci il yanvar ayının 1-indən etibarən isə qanuna yeni dəyişikliklər edildi ki, bu da prosesin elektronlaşdırılmasını və cərimə mexanizminin asanlaşdırılmasını nəzərdə tutur.Ancaq həmin tarixdən 2 il keçsə də, elektronlaşdırılma işləri hələ də yekunlaşmayıb. İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, prosesin zəif icra olunmasına əsas səbəb, xüsusilə, pandemiya dövründə cərimə mexanizminin işləməməsidir. Bundan başqa qanunun tətbiqini ləndigən daha 2 məqam da var.
Məsələ ilə bağlı Mərkəzi Bankdan xəbər ertəsinə bildirildi ki, daşınmaz əmlakın icbari sığortalanmasına nəzarəti gücləndirmək üçün İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyinin müvafiq qurumu arasında informasiya sistemlərinin inteqrasiyası nəzərdə tutulub. Bununla əlaqədar qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanaraq əlaqədar dövlət qurumları ilə razılaşdırılıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsinə təminat verir.