Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim Çen Inla bağlı şok film – Şimali Koreya lideri niyə arıqlayır?

Kim Çen Inla bağlı şok film – Şimali Koreya lideri niyə arıqlayır?

Tarix: 1 Fevral 2022 22:26

Şimali Koreya ölkə lideri Kim Çen Inın 2021-ci ildəki fəaliyyəti ilə bağlı sənədli film yayımlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, İngiltərənin "Mirror" nəşri sənədli filmdəki bəzi məqamlara diqqət çəkib.

Sənədli filmin müəllifləri onun faciəli şəkildə arıqlamasından sonra səhhətində yaranan problemlər haqqında yayılmağa başlayan şayiələrə xüsusi diqqət yetiriblər. Filmin müəllifləri Şimali Koreya liderinin xarici görünüşündəki dəyişiklikləri onun koronavirus pandemiyası və ərzaq böhranı səbəbindən Şimali Koreya üçün xüsusilə çətinləşən bir ildə çəkdiyi "ağır zəhmət"i ilə əlaqələndiriblər.

Filmdə arıqlamış Kim Çen Inın ölkənin bölgələrinə səfərlərinin birində pilləkənlərdən enərkən çətinlik çəkdiyi an göstərilib. Bu zaman filmdə bildirilib ki, lider çox zəhmət çəkdiyi və ölkəsinin gələcəyindən narahat olduğu, xalqının arzularını yerinə yetirmək üçün çalışdığı üçün "solub".

Koreya Mərkəzi Televiziyasının (KCTV) yaxın həftələrdə filmi təkrar-təkrar yayımlayacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Kim Çen Inla bağlı şok film Şimali Koreya lideri niyə arıqlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ