Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın botoks etdirdikdən sonra öldü - FOTO

Qadın botoks etdirdikdən sonra öldü - FOTO

Tarix: 2 Fevral 2022 00:44

Qadın botoks etdirdikdən sonra ölüb.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, İstanbulda botoks etdirən qadın dünyasını dəyişib.

Kübra Boyraz Solmazgülün ölümü ilə bağlı Ədliyyə Tibb Təşkilatının hesabatı məhkəməyə təqdim edilib.

Məlumata görə, Boyraz orqan çatışmazlığından dünyasını dəyişib.

Qadın yarılandan sonra aparılan patoloji müayinədə qan və toxumada yüksək miqdarda silikon aşkar edilib.

Həkimlər bildirilib ki, silikon tərkibli doldurucuların orqanizmə yeridilməsi ümumi qəbul olunmuş tibb prinsip və qaydalarına zidd olduğundan, silikonun tətbiqi tibb qaydalarına uyğun deyil.

Kübra Boyraz Solmazgülün həkim Ömer Elmalı ilə görüşdüyü, lakin omba dolğusu əməliyyatının isə həkimin köməkçisinə məxsus olduğu məlum olub.


Etiketlər:  Qadın botoks etdirdikdən sonra öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ