Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəlbəcərdə şəhid olan hərbçimizin son VIDEOsu

Kəlbəcərdə şəhid olan hərbçimizin son VIDEOsu

Tarix: 2 Fevral 2022 09:12

Kəlbəcərdə itkin düşəndən üç gün sonra nəşi tapılan şəhid baş leytenant Fuad Bağırovun videogörüntüsü yayılıb.

Milli/Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, F.Bağırov videoda övladına evə gələcəyini deyib.

"Gələcəm, başına dönüm, gələcəm. Bir az səbirli ol, gələcəm, atam. Ata sənə qurban. Ağlama, yaxşı? Ananı da incitmə. Ananın sözünə bax, yeməyini də ye. Ata da gələcək, inşallah", - baş leytenant bildirib.

Xatırladaq ki, yanvarın 29-da üç hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. İki gün öncə isə axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi tapılıb.

Qeyd edək ki, F.Bağırov 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə Ali Hərbi məktəbdə təhsil alıb, ixtisasca rabitəçi olub. Ailəli idi, bir oğlan və bir qız övladı yadigar qalıb.

Milli.Az


Etiketlər:  Kəlbəcərdə şəhid olan hərbçimizin son VIDEOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ