Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti oğluna 3 gün 3 gecə toy edəcək

Xalq artisti oğluna 3 gün 3 gecə toy edəcək

Tarix: 2 Fevral 2022 12:30

Bu gün Xalq artisti "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toyudur.

Sonxeber.net xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, sənətçinin musiqiçi oğlu Alim Qasımovun nəvəsi Fatimə ilə nikah masasına əyləşəcək. Onların xoş gününə incəsənət və digər sahələrin tanınmış simaları dəvət olunub. 

Lent.az onu da əlavə edir ki, N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb, pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.  

Qeyd edək ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutmuşdu. Bu il yanvarın 30-da isə onların qız toyu olub. 


Etiketlər:  Xalq artisti oğluna gün gecə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ