Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 20:50
İspaniyanın "Barselona" futbol klubu 2021-ci ili 1,2 milyard avro borcla başa vurub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb.
"Deloitte" şirkətinin audit yoxlamasına əsasən, "Barselona"nın itkisi 481 milyon avrodur və əmək haqqı digər top klublardan 40 faiz yüksəkdir.
Eyni zamanda, komanda hücumçu Lionel Messi də daxil olmaqla bahalı oyunçulardan imtina edərək, il ərzində maaşlarını azaldıb.
Həmçinin araşdırma zamanı şübhəli maliyyə əməliyyatları aşkar edilib. Qeyri-qanuni varlanma hallarının yarana biləcəyi səmərəsiz iqtisadi əməliyyatlar və əsassız xərclər müəyyən edilib.
Klubun direktorlar şurası mümkün dələduzluq barədə məlumatı Barselona prokurorluğuna ötürüb. Hazırda işdə konkret şəxslərin adı keçmir.