Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ eyni vaxtda üç “Qiyamət günü” təyyarəsini havaya qaldırdı

ABŞ eyni vaxtda üç “Qiyamət günü” təyyarəsini havaya qaldırdı

Tarix: 2 Fevral 2022 23:14

Fevralın 2-də ABŞ ordusu üç "E-6B Mercury" komanda məntəqəsini bir anda havaya qaldırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fransa Kəşfiyyat Tədqiqatları Mərkəzinin direktoru, keçmiş yüksək rütbəli kəşfiyyat zabiti Erik Denese bildirib. 

Onun fikrincə, bu, Vaşinqtondan Moskvaya Amerika ordusunun döyüş hazırlığının artırılması ilə bağlı siqnal ola bilər.

"Bu səhər ABŞ Silahlı Qüvvələri tərəfindən çox qeyri-adi fəaliyyət gerçəkləşdirilib. Nüvə cavabı tədbirləri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş üç "E-6B Mercury" təyyarəsi eyni vaxtda Birləşmiş Ştatların ərazisi üzərindən havaya qaldırılıb", - ekspert bildirib.

Bu model nüvə zərbəsini koordinasiya etmək üçün nəzərdə tutulduğu üçün "Qiyamət günü təyyarəsi" adlandırılır. Deneseyə görə, "E-6B Mercury" çox spesifik bir modeldir. O, həmçinin əlavə edib ki, belə uçuşlar gündəlik həyata keçirilir, lakin səmada bir anda üç belə təyyarənin olması nadir haldır.

"Üç təyyarənin eyni vaxtda uçuşu çox nadir haldır, bu da sizi Moskvaya ünvanlanan mesaj barədə düşünməyə vadar edir... Sanki ABŞ onların nüvə qüvvələri də daxil olmaqla, yüksək hazırlıq vəziyyətində olduqlarını bildirmək istəyirdi", - keçmiş kəşfiyyatçı deyib.

Milli.Az


Etiketlər:  ABŞ eyni vaxtda üç Qiyamət günü təyyarəsini havaya qaldırdı


RƏYLƏR