Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Urinoterapiya. Sidiklə müalicə mümkündürmü?

Urinoterapiya. Sidiklə müalicə mümkündürmü?

Tarix: 3 Fevral 2022 08:06

Son zamanlar bu mövzu çox aktuallaşıb. Təəssüf ki, bəzi KİV-lər bu mövzu ilə bağlı düzgün olmayan, elmə əsaslanmayan miflər yayır və insanları səhv istiqamətləndirirlər.  

İlk növbədə qeyd etmək lazımdır ki, urinoterapiyadan istifadə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfində qəti şəkildə tövsiyə edilmir.

Saglamolun.az bildirir ki, urinoterapiyanın "fayda"sını və "müalicəvi" təsirini təsdiq edən heç bir ciddi elmi araşdırma, elmi iş yoxdur və ola da bilməz. Əksinə bütün dünyada alimlər və həkimlər urinoterapiyanı çox ziyanlı metod kimi hesab edir. Bu haqda bir çox tanınmış həkimlərin çıxışları da var.

Nə üçün sidiyin istifadəsi (içmək, dəriyə sürtmək və s.) heç bir halda faydalı ola bilməz?  Sidiyi əmələ gətirən böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirərək qanı artıq, ziyanlı və lazımsız maddələrdən (duzlar, ammonyak, toksinlər, artıq hormonlar və s.) təmizləyir. Nəticədə sidik əmələ gəlir. Beləliklə, sidik nədir? Suda həll olunmuş orqanizm üçün artıq, ziyanlı və lazımsız maddələr, tullantılardır. Sidik içməklə insan bu tullantıları yenidən orqanizmə qaytarır. Məntiqlə düşünəndə, bu orqanizmə nəinki fayda verə bilməz, əksinə ciddi ziyan vura bilər. Məhz bu səbəbdən ənənəvi tibb uronoterapiyanı çox ziyanlı hesab edir.

Urinoterapiya böyrəklər, qaraciyər və hormonal sisteminə ciddi ziyan vura, qan və daxili orqanların zəhərlənməsinə səbəb ola bilər.

Bir çoxların fikirləşdiyi kimi, sidik steril deyil, onun tərkibində ziyanlı mikroblar ola bilər. Bu mikroblar mədə-bağırsaq sisteminə düşərək burada müxtəlif xəstəliklər yarada bilər.

Sidiyi nəinki daxilə qəbul etmək, dəriyə, xüsusilə açıq yaralara sürtmək olmaz. Bu yaraların iltihablaşmasına və daha ağır fəsadlara (sepsiz, qanqrena) səbəb ola bilər.

Beləliklə, urinoterapiya heç zaman faydalı müalicəvi metoq hesab oluna bilməz və urinoterapiyadan istifadə edən insan öz sağlamlığını və hətta həyatını ciddi təhlükəyə salmış olur. 


Etiketlər:  Urinoterapiya Sidiklə müalicə mümkündürmü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ