Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə reyd keçirilib - FOTO

Mingəçevirdə reyd keçirilib - FOTO

Tarix: 4 Fevral 2022 09:40

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, reyd zamanı ictimai nəqliyyatdan istifadə edən şəxslərlə izahedici söhbətlər aparılıb. Keçirilən tədbirlər nəticəsində ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunublar. Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.

Ümumilikdə, keçirilən reydlər zamanı qaydalara riayət etməyən 16 nəfər cərimələnib.

Milli.Az


Etiketlər:  Mingəçevirdə reyd keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ