Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdə-Ağdam dəmir yolunda tikinti işləri nə yerdədir? - VİDEO

Bərdə-Ağdam dəmir yolunda tikinti işləri nə yerdədir? - VİDEO

Tarix: 4 Fevral 2022 13:56

Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, uzunluğu 47,1 km. olan dəmir yolu xəttində tikinti prosesinə 2020-ci ilin dekabrından başlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Babayevanın sözlərinə görə, tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə yolun 20,8, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə yolun 26,3 km-ni əhatə edir.

Qurum rəsmisi əlavə edib ki, Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bərdə Ağdam dəmir yolunda tikinti işləri yerdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ