Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 16:48
Son dövrlər müşahidə olunan bahalaşma Şadlıq evlərindən də yan keçməyib. Xüsusilə də menyuların qiymətində artım müşahidə edilir. İnzibatçıların sözlərinə görə, bahalaşma toy mərasimlərində istifadə olunan əsas məhsulların qiymətlərinin artması ilə bağlıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, restoran inzibatçıları deyir ki, menyuların qiyməti minimum 10 manat artıb.
İnzibatmılar bahalaşmaya digər səbəb kimi pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri göstərirlər.
Yəni, əvvəlki qiymətlərlə 150 nəfər qonaq qəbul etmək şadlıq evi sahiblərinə sərf etmir.