Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy üstündə küsən müğənnilərimiz

Toy üstündə küsən müğənnilərimiz

Tarix: 4 Fevral 2022 18:15

Müğənni Əlikram Bayramovla Yeganə Mürsəlova küsülü imiş.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, yeganə bu haqda "7 canlı" proqramında deyib. O bildirib ki, buna səbəb Əlikramın onu heç bir ailə məclisinə dəvət etməməsidir:

"Adam uman yerdən küsər. Hamı məndən küsür, mən də Əlikramdan küsdüm. Oğluna toy etdi, məni çağırmadı. Nəvəsinə məclis etdi, yenə demədi. Bu yaxınlarda əkizlərinə məclis etdi, yenə də çağırmadı. Türkiyədə evimdə çəkilişdə olub, yol çıxmışıq. O qədər ürəyiyumşaq insandır ki... Bir dəfə onun bağnda qonaq oldum, nəvələri əli yağlı divana, hər yerə vururdu. Bu isə deyirdi, dəyməyin, etsinlər".

Proqramda qonaq olan Əlikram isə "Yenə məclis olacaq, çağıracam" sözlərini deyib.


Etiketlər:  üstündə küsən müğənnilərimiz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ