Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 15:30
Respublikanın bəzi kəndləri var ki, ucqar kəndlərdə olur ən çox belə hallar, həmin yerlərdə qızların təhsilə marağı az olur. Valideynlər də sanki qız uşaqlarının oxumasına o qədər maraqlı deyillər. Beyləqanın Türklər qəsəbəsi də 2014-cü ilə qədər belə yerlərdən idi. Bu tarixdən sonra isə hər şey dəyişir. Necə dəyişir, nə ilə dəyişir?
Kənd-kənd gəzib, qız uşaqlarını ali təhsil almaları üçün hazırlıq kurslarına cəlb edir.
Ülfən Urfanov 10 ildən çoxdur Beyləqanın Türklər qəsəbəsində riyaziyyat müəllimi işləyir. Ancaq Qəsəbədə qızların ali təhsilə marağının az olması Ülfən müəllimi həm də vətəndaş kimi narahat edir. Odur ki, ətrafına bir neçə həmkarını toplayıb hazırlıq kursu yaradır və yaşadığı qəsəbədən, eləcə də, qonşu kəndlərdən qız uşaqlarını həmin kurslara cəlb edir.
Bütün bunlar isə müəllimə heç də asan başa gəlmir.
Bugün 100-dən çox qız uşağının təhsil almasında Ülfən müəllimin əməyi böyükdür.
Ülfən müəllim işinin başındadır. O, bundan sonra da yaşadığı bölgənin təhsili üçün əlindən gələni edəcəyini deyir.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: