Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 22:32
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel bildirib ki, "Avropada təhlükəsizlik soyuq müharibə dövründən bəri ən çətin vəziyyətdədir".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, diplomat bununla yanaşı, diplomatiyaya inandığını da bildirib.
"Biz Ukrayna-Rusiya sərhədində gərginliyin artmasından dərin narahatlıq keçiririk. Fikrimcə, biz soyuq müharibə dövründən sonra ən təhlükəli dövrü yaşayırıq. Eyni zamanda hesab edirik ki, diplomatiya üçün hələ də şans var", deyə Borrel ABŞ Dövlət katibi ilə görüşdə bildirib.