Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Prezidenti Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb

Fransa Prezidenti Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb

Tarix: 8 Fevral 2022 07:26

"Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıram. Bizim böhran mərkəzi hərbçilərin qaytarılması üçün təyyarə təşkil edib".

Bunu Fransanın Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla videoformatda keçirilən görüşdə itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırılıb:

"Bu da stabillik elementidir. Rusiya hərbçilərinin Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik zamanı oynadığı vacib rolu yüksək qiymətləndirirəm".

Milli.Az


Etiketlər:  Fransa Prezidenti Azərbaycanın erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ