Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 08:38
Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Rusiyanın Ukraynaya hücum edərsə "Şimal axını - 2" dayanacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Psaki bunu ənənəvi mətbuat konfransında bildirib. Vaşinqtonda səfərdə olan Almaniya kansleri Olaf Şoltsun "Şimal axını - 2" layihəsinə münasibəti barədə suala cavabında Psaki deyib: "Biz Almaniya ilə belə bir məsələ ətrafında işləyirik ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə "Şimal axını - 2" dayandırılacaq. Bu mövqe olduğu kimi qalır".