Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusun 6-cı dalğası ölüm hallarının artması ilə müşahidə olunur

İranda koronavirusun 6-cı dalğası ölüm hallarının artması ilə müşahidə olunur

Tarix: 9 Fevral 2022 21:04

İranın Mülki Aviasiya Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar olaraq daxili reyslərdə sərnişin sayının 60 faiz azaldılması barədə qərar qəbul edib. Lakin bu qərarın həyata keçirilməsi hələlik mümkün olmur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 5 gün əvvəl qərar verilməsinə baxmayaraq hava limanlarında sıxlıq müşahidə olunur. Tehran-Təbriz, Tehran-Şiraz, Tehran-İsfahan reyslərinə biletlər 100 faiz satılıb. Təyyarələr sərnişinlə dolu olaraq reysləri yerinə yetirirlər. Araşdırma zamanı müəyyən edilib ki, bəzi şirkətlərin qərardan xəbərləri olmayıb. Digərləri isə sərnişinlərin etirazı ilə qarşılaşıblar. Sərnişinlərin çox olması 60 faiz bilet satışına imkan vermir. Bu hallar isə virusun yayılmasına şərait yaradır.

Mülki Aviasiya Təşkilatı vəziyyəti nəzarətə götürüb və sıxlığın aradan qaldırılmasına çalışır.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində ölkə ərazisində 39 min 85 nəfərin koronavirusa yoluxması, 116 nəfərin bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 696 min 927 nəfərə, ölənlərin ümumi sayı isə 133 min 164-ə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 2 min 853 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 6 milyon 215 min 909 xəstə sağalaraq evə buraxılıb.

İranda əhalinin 90 faizə qədərinə peyvənd vurulmasına baxmayaraq koronavirusun 6-cı dalğası ölüm hallarının artması ilə müşahidə olunur.


Etiketlər:  İranda koronavirusun dalğası ölüm hallarının artması ilə müşahidə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ