Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“SpaceX” kompaniyası geomaqnit fırtınası səbəbindən 40 peykini itirib

“SpaceX” kompaniyası geomaqnit fırtınası səbəbindən 40 peykini itirib

Tarix: 9 Fevral 2022 21:16

Amerikanın özəl "SpaceX" aerokosmik kompaniyası fevralın 3-də orbitə çıxardığı 40 "Starlink" internet peykini geomaqnit fırtınası səbəbindən itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat kompaniyanın tviter səhifəsində yerləşdirilib.

"İlkin təhlil göstərdi ki, aşağı hündürlükdəki yüksək müqavimət peyklərin təhlükəsiz rejimdən çıxmasına və orbitin korreksiyasına başlamasına imkan verməyib. Qırxa yaxın peyk yer atmosferinə qayıdır və ya artıq qayıdıb", - deyə məlumatda bildirilir.

Kompaniyada qeyd ediblər ki, geomaqnit fırtınası səbəbindən havanın müqaviməti əvvəlki buraxılışlara nisbətən 50 faiz çox olub. Mütəxəssislər mini-peykləri təhlükəsiz rejimə keçirmək üçün onların orbitdə yanpörtü yerləşdirilməsi barədə qərar qəbul ediblər ki, müqaviməti azaltsınlar. Lakin bu tədbirlər səmərə verməyib. Məlumata görə, orbitdən çıxmış aparatlar digər peyklərə təhlükə yaratmır, onlar elə layihələndirilib ki, Yer atmosferinə daxil olan zaman yansın.

Hazırda "SpaceX" orbital peyk qruplaşması hər birinin çəkisi 290 kiloqram olan iki mindən çox kosmik aparatdan ibarətdir.

Dünyanın ən böyük peyk operatoru olan "SpaceX" kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılmasına qoyulan investisiyaların ümumi həcmi 10 milyard dollardır.

Milli.Az


Etiketlər:  SpaceX kompaniyası geomaqnit fırtınası səbəbindən peykini itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ