Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramalla Niyam da barışdı

Ramalla Niyam da barışdı

Tarix: 10 Fevral 2022 16:35

"Mən hamısını çox istəyirəm, amma görəsən onlar məni istəyir? İki-üç ildir hara gedirik, kimi görürük ki? Salami çalışqan oğlandır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Şourum" proqramında deyib. Uzun müddət küsülü olduğu həmkarı Niyam Salami haqda danışan Ramal barışdıqlarını bildirib:

"Heç kəsin əziyyətini yerə vurmaq lazım deyil. Hər kəslə münasibətim var. Yel, külək olmasa bərkiməzsən. Hər zaman isti olmaz, özüm sütunam. Ona hörmət edirəm. Hərdən sütuna qarşı yel olurlar, amma gün də çıxır arada".

Ramal daha sonra müğənni Kərim Abbasovla da münasibətlərinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, müğənnilər uzun müddətdir küsülü idi. Onların arasında dəfələrlə böyük qalmaqal yaşanıb.

Milli.Az


Etiketlər:  Ramalla Niyam da barışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ