Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 11:44
Birinci Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsi yaxın vaxtlarda başlanılacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
İclasda 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirilib.