Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal neft ehtiyatları 7 illik minimuma enib

Qlobal neft ehtiyatları 7 illik minimuma enib

Tarix: 11 Fevral 2022 21:28

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının kommersiya ehtiyatları ötən ilin dekabr ayında noyabrla müqayisədə 60 mln. barel azalaraq, son 7 ilin ən aşağı göstəricisi səviyyəsində olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, dekabr ayında 2 680 mln. barel səviyyəsində olan qlobal neft ehtiyatlarının həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 355 mln. barel az olub.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.


Etiketlər:  Qlobal neft ehtiyatları illik minimuma enib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ