Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 04:24
Osmanlıda sultan II Əbdülhəmidin dövründə Baş vəzir olan (sədrəzəm) Avonyalı Mehmed Ferid Paşanın 100 milyon lirədən çox mirası üstündə dava düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, vəzirin nəslini həyat yoldaşı Rafet xanımdan olan övladları Celalettin Paşa və Səniyə xanım davam etdiriblər.
Mehmed Ferid Paşanın mirasının bölünməsi onların nəvələri arasında fikir ayrılığına səbəb olub.
Belə ki, Celalettin Paşanın nəvəsi Səniyə xanımı vəzirin qızı kimi qeydiyyata düşmədiyini əsas gətirib və yeganə varis oluğunu iddia edib.
Məhkəmə Rafet xanımla Saniyə xanımın DNT-nin təyin edilməsinə qərar verib. Vəzirin həyat yoldaşı Rafet xanımın 75, oğlu Celalettin Paşanın 50, Xədicə Səniyənin 80 illik məzarları və iki nəvəsinin məzarları açılıb, DNT nümunələri üçün sümük parçaları götürülüb.