Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa daha 6 nüvə reaktoru inşa etmək istəyir

Fransa daha 6 nüvə reaktoru inşa etmək istəyir

Tarix: 12 Fevral 2022 08:18

Fransa yaxın onilliklər ərzində öz ərazisində 6 yeni nüvə reaktoru inşa edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron məlumat verib. Fransanın yeni nüvə strategiyasını təqdim edən dövlət başçısı ölkədə atom sənayesinin inkişafı üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Makronun sözlərinə görə, yeni nəsil reaktorların inşası və istismarı ilə dövlət enerji şirkəti EDF məşğul olacaq. 6 nüvə reaktorunun tikintisi təxminən 50 milyard avroya başa gələcək.

Fransa prezidenti bildirib ki, ilk reaktorun 2035-ci ildə istismara verilməsi planlaşdırılır. Ölkədəki köhnə nüvə reaktorlarının bağlanması məsələsinə gəlincə, Emmanuel Makron buna qarşı çıxıb və onların istismar müddətinin 50 ildən çox uzadılmasına nail olacağını vəd edib.

Milli.Az


Etiketlər:  Fransa daha nüvə reaktoru inşa etmək istəyir


RƏYLƏR