Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdman zalında işləyən kişi yeniyetmələrə təcavüz etdikdən sonra onları şantaj edib

İdman zalında işləyən kişi yeniyetmələrə təcavüz etdikdən sonra onları şantaj edib

Tarix: 12 Fevral 2022 09:52

Türkiyənin Yalova bölgəsində bir neçə ay əvvəl cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən lakin qısa müddət sonra sərbəst buraxılan 32 yaşlı kişi bu dəfə yeniyetməyə cinsi təcavüz etdiyi üçün həbs edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Armutlu rayon bələdiyyəsinin idman zalında işləyən Yaqup Akkaya oraya məşq etməyə gələn 17 yaşlı gəncə qarşı seksual xarakterli hərəkətlər edib.

Bununla da kifayətlənməyən cinayətkar etdiyi hərəkətləri telefonuna çəkərək qarşı tərəfi şantaj etməyə başlayıb.

İddia olunur ki, Yaqup Akkayanın mobil telefonuna baxış keçirən polislər onun digər insanlara qarşı da oxşar şəkildə şantaj əməlləri törətdiyi üzə çıxıb. 


Etiketlər:  İdman zalında işləyən kişi yeniyetmələrə təcavüz etdikdən sonra onları şantaj edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ