Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 21:18
Dünyanın ən hündür bayraq dirəyi hazırlanır.
Layihəni Türkiyənin "Çimtaş" şirkəti həyata keçirəcək.
Belə ki, Azərbaycanın paytaxtı, küləklər şəhəri adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq.
Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin Çimtaş şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.