Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda 54 yaşlı çoban fermada göbələk yeyib öldü

Tovuzda 54 yaşlı çoban fermada göbələk yeyib öldü

Tarix: 30 Aprel 2019 11:02

Bakı. Samir Əli - Trend:

Tovuz rayon sakini göbələkdən zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Tovuz rayonunun Əlmərdanlı kəndində baş verib.

Rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu Əlmərdanlı kəndində fermanın otlaq sahəsindən yabanı halda bitmiş göbələyi yığıb həmin fermanın həyətində yaşadığı 1 otaqlı evdə odun sobasının üstündə bişirərək yeyib.

Y. Hüseynov göbələyi yeyəndən bir neçə saat sonra mədəsində şiddətli ağrılar olduğunu bildirib və qəfil ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Tovuzda 54 yaşlı çoban fermada göbələk yeyib öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ