Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb

Tarix: 5 Sentyabr 2019 15:08

Bakı. Samir Əli - Trend:

Bu il fevralın 5 -də Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 10 min 649 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu bu gün Şamaxı rayonunda Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlərin 10 min 608-nə baxılıb: "Bəzi evlərdə yaşayış olmadığı üçün həmin evlərə baxış keçirilməyib. Komissiya regionda 547 fərdi yaşayış evini qəzalı hesab edib. Onlardan 251-nin tikintisi başa çatıb, digər yaşayış evlərinin isə tikintisi aparılır. Bundan başqa, Şamaxıda 20, 44, 110 mənzilli yaşayış binaları tikilir. Bunlardan 20 və 44 mənzili olan iki binanın tikintisi sentyabrın sonunda başa çatacaq".

H.Qasımzadə deyib ki, komissiya 2 192 fərdi yaşayış evinin bərpaya ehtiyac olduğunu müəyyən edib: "1 339 fərdi yaşayış evində bərpa işləri aparılır, bunlardan 449-u tamamlanıb. İşlər Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyinin dəstəyilə işlər görülür. Texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edilirlər. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şamaxıda zəlzələdən zərər çəkənlər üçün evin inşası başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ