Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 20:30
Müğənni Sevda Yahyayeva Elnarə Xəlilovanın onun toy makiyajını tənqid etməsinə münasibət bildirib.
Sonxeber.net axşam.az xəbər verir ki, Sevda "Şourum" proqramında toyu günü görünüşünü bəyəndiyini deyib. O bildirib ki, stilist Elnur Həsənovun ona özəl günündə etdiyi makiyaj tənqid olunsa da, özünün ürəyincədir:
"Öz görünüşümdən çox razı qaldım. Bu o demək deyil ki, Elnur mənim dostumdur deyə belə deyirəm. Hər kəs istəyir fərqli görünsün. Bəli, mən güzgüyə baxanda özümü bəyəndim. Elnurun işini bəyənirəm. Onun işi bəyənilməsəydi illərlə ona müraciət edilməzdi. Hər kəsin subyektiv fikri var. Toy günümdə özümdən razı idim".
Qeyd edək ki, Sevdanın toy makiyajını stilist Elnur Həsənov edib. Elnarə isə onun əl işini tənqid etmişdi. Buna səbəb isə Elnurun müğənninin geyim tərzini zövqsüz adlandırması olub.