Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ölkədən gedən deputatlara bir gün vaxt verdi

Zelenski ölkədən gedən deputatlara bir gün vaxt verdi

Tarix: 14 Fevral 2022 22:06

Ukrayna Prezidenti Vladimir Zelenski xaricə gedən Ali Rada deputatlarına 24 saat ərzində ölkəyə qayıtmaları üçün çağırış edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski bu barədə Almaniya kansleri Olaf Şoltsla görüşün yekunlarına dair brifinqdə deyib: 

"Məncə onlar qayıtmalıdırlar, əks halda biz hamımız dövlət, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq".

Eyni zamanda o, hansı partiyadan olan deputatların ölkəni tərk etdiyini açıqlamayıb. Zelenski qeyd edib ki, hakimiyyət, o cümlədən parlament öz nümunəsi ilə xalqa birlik siqnalı verməlidir.

Zelenski etiraf edib ki, o, iş adamlarına heç bir şəkildə təsir edə bilməz, lakin onun fikrincə, onlar da ölkəni tərk etməməli idilər.

"Oliqarxlarla da böyük problem var - burada dövlət biznesə təsir göstərə bilməz və etməyəcək. Düşünürəm ki, onlar artıq öz cəzalarını özləri üçün veriblər, amma hesab edirəm ki, onlar öz müəssisələrinə, onlar üçün və dövlət üçün işləyən on minlərlə insanın yanına qayıtmalıdırlar. Onlar bu yolu seçiblər, adi insanlar, IT mütəxəssisləri deyillər, söhbət ciddi sənaye biznesindən olan adamlardan gedir, hamısı özəlləşdirmənin iştirakçısı olub, dövlət də onlara nəsə verib. Düşünürəm ki, bu, onlara böyük şans verdi", - deyə o bildirib.

"Ukrayna həqiqəti" nəşri ukraynalı oliqarxlar və iş adamlarının Ukraynanı çarter reysləri ilə tərk etdiyini, cəmi bir gündə Kiyevdən 20-yə yaxın çarter və şəxsi təyyarənin uçduğunu yazıb.

Həmçinin, bir müddət əvvəl "Xalqın qulluqçusu" partiyasından olan deputatlara ölkədən çıxmamaq tövsiyə olunub.


Etiketlər:  Zelenski ölkədən gedən deputatlara gün vaxt verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ