Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 16:52
Ukrayna Ali Radasının "Həyat naminə - müxalif platforma" Partiyasının deputatı Vadim Rabinoviç Qərbin Ukraynaya qarşı "müharibə"yə başladığını açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında yazıb.
"Müharibə başlayıb! Ancaq Ukraynaya qarşı müharibəni məhz Qərb aparır! Hazırda Qərb tərəfdaşlarımızın etdiyi hər şey - vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etmək, diplomatlarını çıxartmaq, investorların getməsi, hava əlaqəsinin dayandırılması - bütün bunlar ən güclü sanksiyalara bərabərdir", - deyə o bildirib.