Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyi qüsurlu qızın pensiyası niyə kəsildi? - Açıqlama - VİDEO

Ürəyi qüsurlu qızın pensiyası niyə kəsildi? - Açıqlama - VİDEO

Tarix: 15 Fevral 2022 20:48

Ürək qüsur olan 12 yaşlı qıza pensiya təyin olunub. Lakin əlilliyin yenidən təyinatı üçün müraciət etdikdən sonra,  növbəti pensiya verilişi təsdiqlənən vaxta qədər  yəni ,  4 ay ərzində ona  pensiyası ödənişi  dayandırılıb. Ağcabədi sakini olan qızcığazın valideynləri həmin müddətə görə də pensiyanın ödənilməsini tələb edirlər. Çünki, maddi durumu o qədər də yaxşı olmayan ailə övladlarının dərmanlarını məhz həmin pulla təmin edirlər. Əməkdaşlarımız məsələni aidiyyatı qurumla da araşdırıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Ağcabədi rayonunda məskunlaşan Laçın rayon sakini əlilliyi üçün almadığı bir neçə aylıq pensiyanı tələb edir.

12 yaşlı Aynişanın atası Zamin Hüseynovun sözlərinə görə, onun 12 yaşlı qızı uzun illərdir ki, ürək qüsurludur. Azyaşlı uşaq 2016-cı ildə Heydər Əliyev fondunun dəstəyi ilə əməliyyat olunaraq ürəyinə aparat qoyulub. Bu səbəbdəndə övaldı uzun illərdir ki,  150 manat əlillik  pensiyası alır. 2020-ci ilin sentyabrında təkrar müayinədən keçmək üçün həkim yoxlanışında olublar. Həmin vaxtı uşağa verilən pensiya dayandırılıb. 4 aydan sonra həkim komissiyasının qərarı ilə yenidən pensiya təyin edilib. Ancaq komissiyasının baxış müddətində olan bir neçə ay üçün pensiya ödənişi edilmir. 

Vətəndaş bununla bağlı adiyyatı dövlət orqanlarına da müraciət edib. Ancaq heç bir nəticə olmadığını deyir. Anası bildir ki, aldıq pulu ürək qüsurlu Aynişanın müalicəsi üçün dava dərmana xərcləyirlər. 4 ay  üçün alacaqları 600 manat pul ailə üçün çox vacibdir.

Məsələylə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "XəzərXəbər"ə bildirilib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən, şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilirsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşir. Həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər verilir. Hüseyinova Aynişan Zamin qızına təkrar sağlamlıq imkanları məhdudluq arayışı həmin qanun qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə  təyin edilib. Ona görə də qeyd edilən qanun ona şamil olunmur.


Etiketlər:  Ürəyi qüsurlu qızın pensiyası niyə kəsildi Açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ