Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 21:10
Rusiya Ukrayna sərhədindəki qoşunların bir hissəsini geri çəkmək qərarına gəlib. Moskva bu addımı "təlimlərin başa çatması" ilə əlaqələndirir, hərçənd, bunu Vaşinqtonun "işğal günü" gedişinin nəticə verdiyini deyə bilərik.
ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi - 16 fevral - açıqlamaqla iki gediş etdi:
Birincisi, Ukrayna ətrafında geosiyasi təşviş yaratdı və onunla razılaşmayan Avropa rus təhlükəsinin reallığını göstərmək istədi;
İkincisi, geosiyasi rəyi formalaşdırmaqla Rusiyanı günahkar tərəf kimi davamlı təkziblər verməyə məcbur etdi;
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Rusiya "16 fevralda hücum etməyəcəyini" sübut etməyə məcbur idi: Moskva "işğal tarixi"ndə ABŞ-ı haqlı çıxaracaq mümkün hadisələrin olması ehtimalını da nəzərə alır.
Putin dünən Şoyqu və Lavrovla müzakirələr apardı. Lavrovun "dialoq üçün bir yol var" açıqlaması Putinin ritorikanı bir qədər yumşaltmaq qərarına gəldiyini göstərir. Ardınca "qoşunların bir hissəsinin Ukrayna sərhədindən çəkilməsi" ilə "hücum etməyəcəyini" sübut etmək gedişi etdi. Putinin bu gedişi həm də bu gün Moskvada Almaniya kansleri Şolzla görüşə də hesablanıb: ruslar "müharibə istəmədiklərini" isbatlamağa çalışır;
Zaxarova "15 fevral 2022-ci il Qərbin müharibə təbliğatında uğursuz olduğu gün kimi tarixə düşəcək, bir güllə atılmadan, rəzil və məhv edilmiş formada" deyir. Əslində "informasiya müharibəsi"ni uduzan Rusiya oldu, çünki təkzib verən tərəfin günahkar imici daha güclü olur.
ABŞ bununla Rusiyanı geri çəkilməyə məcbur etdiyini göstərməyə və müttəfiqləri üzərində "qoruyucu" rolunu gücləndirməyə nail olur.
Beləliklə, Vaşinqton hücum edən, Moskva müdafiə olunan tərəfə çevrildi.