Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kriminal avtoritet stomatoloji kresloda qətlə yetirildi

Kriminal avtoritet stomatoloji kresloda qətlə yetirildi

Tarix: 15 Fevral 2022 23:40

Ukraynanın Prikarpatye şəhərinin hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar aləmdə "Suxoy İqor" kimi tanınan kriminal avtoritet İqor Dutkanın qatillərinin axtarışına başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hüquq mühafizə orqanlarından verilən məlumatda qeyd olunur ki, "Suxoy İqor" Yaremçe kurort şəhərində diş həkiminin qəbulunda olarkən güllələnib. O, stomatoloji kresloda can verib.

Qətl barədə polisə birinci məlumat da diş həkimindən daxil olub.

O, izahatında bildirib ki, naməlum şəxs onun stomatoloji kabinetinə daxil olaraq pasiyentə silahdan bir neçə dəfə atəş açıb və dərhal oradan uzaqlaşıb.

Hazırda polis qanlı olayın digər təfərrüatını araşdırır.

Milli.Az


Etiketlər:  Kriminal avtoritet stomatoloji kresloda qətlə yetirildi


RƏYLƏR