Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cinsi istismarda ittiham olunan şahzadə 16 milyon təzminat verəcək

Cinsi istismarda ittiham olunan şahzadə 16 milyon təzminat verəcək

Tarix: 16 Fevral 2022 18:25

Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu şahzadə Endryunun təqsirli bilindiyi yetkinlik yaşına çatmayan azyaşlını cinsi istismar etmək işində yenilik olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "Daily Telegraph" qəzetinin məlumatına görə, şahzadə ilə zərərçəkən hüquq müdafizəçisi Virciniya Cuffre məhkəmədən kənar barışıb. Səlahiyyətləri əlindən alınan York hersoqu Virciniya 16 milyon dollar təzminat ödəməyi qəbul edib.

Bütün məbləğ 30 gün ərzində Virciniyanın hesabına köçürülməlidir. Ödənişin bir hissəsini kraliça özü verəcək. Qalan qismini ödəmək üçün isə Endryu İsveçrədəki dağ evini satmaq niyyətindədir.

Qeyd edək ki, Virciniya 2021-ci ilin avqustunda şahzadəni məhkəməyə verib. O, iddia edib ki, Endryu 2001-ci ildə onu üç dəfə cinsi əlaqədə olmağa məcbur edib. O zaman Virciniyanın 17 yaşı olub.

Milli.Az


Etiketlər:  Cinsi istismarda ittiham olunan şahzadə 16 milyon təzminat verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ