Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 07:36
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi davam edir.
2-ci oyun günündə daha iki matç keçirilib. Gecənin ən maraqlı görüşü İtaliyada olub. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
Digər görüşdə Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, Münhen klubu 90-cı dəqiqədə Kinqsli Komanın qolu ilə məğlubiyyətdən xilas olublar.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşündə PSJ "Real"a qalib gəlib - 1:0. Mərhələnin digər oyunları fevralın 22-si və 23-də keçiriləvək.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
16 fevral
00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Firmino, 75, Salah, 83
Baş hakim: Şimon Marçinyak (Polşa)
00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1
Qollar: Adamu, 21 (1:0), Koman, 90 (1:1)
Baş hakim: Maykl Oliver (İngiltərə)
22 fevral
00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
23 fevral
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
15 fevral
00.00. PSJ (Fransa) - "Real" (İspaniya) - 1:0