Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya hərbi gəmiləri Xəzərdə təlimlər keçirir

Rusiya hərbi gəmiləri Xəzərdə təlimlər keçirir

Tarix: 17 Fevral 2022 08:18

Xəzər flotiliyasının 20-yə yaxın hərbi gəmisi Xəzər dənizində təlimlərdə iştirak edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Xəzər Donanmasının hərbi-dəniz qüvvələrinin müxtəlif qruplaşması planlaşdırılmış komanda-qərargah təlimində iştirak etmək üçün Mahaçqala baza məntəqəsindən Xəzər dənizinin müəyyən edilmiş ərazisinə yola düşüb.

Cənub Hərbi Dairəsinin məlumatına görə, manevrlərdə flotiliyanın 20-yə yaxın döyüş gəmisinin ekipajı, o cümlədən "Dağıstan" raket gəmisi, "Qrad Sviyajsk", "Uqliç", "Velikiy Ustyuq", Mahaçqala, Həştərxan kiçik raket gəmiləri, "Stupinets" kiçik artilleriya gəmiləri habelə baza minaaxtaran gəmilər, qayıqlar iştirak edir.

Donanma gəmiləri vahid qaydada üzmək, şərti düşmənin hava hücumu vasitələrini dəf etmək üzrə birgə təlimlərdə iştirak edəcək.

Təlimlərin əsas istiqaməti Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qoşunları qüvvələrinin Dünya Okeanında Rusiyanın milli maraqlarının müdafiəsinə, habelə Rusiya Federasiyasına dəniz və okean istiqamətlərindən yönəldilən hərbi təhdidlərə qarşıdır.

Təlimlərə 140-dan çox döyüş və yardımçı gəmi, 60-dan çox təyyarə, 10 minə yaxın hərbçi cəlb olunub.


Etiketlər:  Rusiya hərbi gəmiləri Xəzərdə təlimlər keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ