Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 09:06
İllərdir bədən quruluşu ilə görənləri valeh edən "Victoria's Secret"in modellərinin necə incə qaldığı məlum olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, son illərdə moda nümayişləri etməsələr belə, onların heyrətamiz bədən quruluşları maraq doğuran mövzu olmaqda davam edir.
2010-2013-cü illərdə "Victoria's Secret" üçün modellik edən Erin Hezerton bu barədə danışıb.
Model deyib ki, dietoloq onlara məsləhət vermək əvəzinə amfetamin (mərkəzi sinir sistemini stimullaşdıran, enerji artıran və iştahı azaldan dərman) kimi dərman verib:
"Mənim müalicəmə piylənmə üçün istifadə edilən "Phentermine"lə başladı. Özümə hamiləlik zamanı istehsal olunan hormon- HCG vururdum".
Arıqlamaq lazım olduğunu düşünən Erin sonradan digər modellərin sınadığı üsulu sınamağa başlayıb. Hər səhər şəkər xəstəsi kimi qarnına iynə vurub.
Erin indiki həyatında daha xoşbəxt olduğunu deyib və əlavə edib ki, heç kimin qida pozğunluğu ilə mübarizə aparmasını və ya bədəninə nifrət etməsini istəmir.