Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 20:20
"Daha bir İbrahim Tatlıses gəlməz, qiymətlisən, dəyərli atam".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "İbo Show"un buhəftəki qonaqları sırasında olan müğənni Günel Zeynalova yazıb.
Sənətçi İbrahim Tatlısesin əlini öpdüyü fotoya belə şərh bildirib:
"Deyirdin ki, haqlısansa və sənətinə inanırsansa, heç kimə başını əymə, uğur da səni ərköyünləşdirməsin. Ağac yüksəldikcə, başımı aşağı əyər. Mən də Allahdan başqa heç kimə əyilmədim, çox şükür! Amma sənin kimi dəyərli ustanın əli öpülər, Allah uzun ömür versin!".