Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 17:12
Buryatiyada (Rusiya) bir neçə il uşaqları ilə birlikdə kölə vəziyyətində qalan və zorlanan qadının həyat hekayəsi hər kəsi heyrətə salıb. Bəlli olub ki, iki uşağı olan ananı uşaqları ilə birlikdə bir neçə il Voronej yaxınlığında kölə kimi saxlayıblar.
Sonxeber.net "Moskovski komsomolets" qəzetinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Alternativ" ictimai təşkilatının nümayəndələri bildiriblər ki, qadın işləmək üçün Moskvaya getmək qərarına gəlib. Orada isə kölə vəziyyətinə salınıb. Ona fermada südçü kimi işləmək təklif olunub. Şərtlər qadının xoşuna gəlib və o da razılaşıb. Müəssisədə iki qardaşın köləsinə çevrilib. Dəfələrlə qaçmağa çalışsa da, bacarmayıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, qız pulsuz işləməyə və fermerlərdən biri ilə yaşamağa məcbur olub.
Qurbanını zorlayan şəxs onun uşaqlarını mütəmadi döyüb. Qız həyatından danışdığı dostu sayəsində köləlikdən qurtula bilib. Zərərçəkənin altı və dörd yaşlı uşaqları hazırda acınacaqlı vəziyyətdədir. Yaxın vaxtlarda ailəni vətəninə Buryatiyaya göndərməyi planlaşdırırlar.
Anar Əli