Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bella Hadid hicabın müdafiəsinə qalxdı

Bella Hadid hicabın müdafiəsinə qalxdı

Tarix: 20 Fevral 2022 03:44

Fələstin əsilli supermodel Bella Hadid hicablı müsəlman qadınlara qarşı ayrı-seçkiliyin əleyhinə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu mövzuda "Instagram" səhifəsində silsilə paylaşımlar edib.

25 yaşlı supermodel bütün dünyada müasir müsəlman qadınların üzləşdiyi aktual problemlərdən danışıb.

"Biz bu zehniyyəti dəyişdirməli və mühakimə hissini idarə etməliyik. Dostlarınıza, uşaqlarınıza, valideynlərinizə və ailənizə hicab taxmağın, müsəlman olmağın və ya başqa irqdən olmağın təhlükə olmadığını öyrədin", - deyə o, bildirib.

Bundan əlavə, supermodel Fransanın "Yard" nəşrinin hicablı qadınlarla bağlı geniş yayılmış stereotiplərə qarşı çıxmaq məqsədi daşıyan son layihəsindən foto paylaşıb.

Milli.Az


Etiketlər:  Bella Hadid hicabın müdafiəsinə qalxdı


RƏYLƏR