Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 10:30
Türkiyə Prezidetnti Rəcəb Tayyib Ərdoğan 20-23 fevral tarixlərində Konqo, Seneqal və Qvineya-Bisauya səfər edəcək.
cxəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi açıqlama yayıb.
Bildirilib ki, dövlət başçısının Afrika turu çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr, Türkiyə ilə bu ölkələr arasındakı əməkdaşlığın hər sahədə genişləndirilməsi imkanları müzakirə olunacaq.
Ərdoğanın Qvineya-Bisauya səfəri Türkiyədən bu ölkəyə Prezident səviyyəsində ilk rəsmi səfər olacaq.