Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ailəli qadın pulsuzluqdan razılaşdı: "Polis gələndə yataq otağında..." - Təfərrüat

Ailəli qadın pulsuzluqdan razılaşdı:

Tarix: 20 Fevral 2022 14:16

Şəkidə 1964-cü il təvəllüdlü Xumar (adlar şərti verilib - red.) evində əxlaqsızlıq yuvası təşkil edib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, Xumar gəlir əldə etmək məqsədilə evində kişi ilə qadını görüşdürüb, onların cinsi əlaqədə olmalarına şərait yaradıb. Bunun müqabilində cinsi əlaqədə olan kişidən 10 manat alıb.

İstintaq orqanı tərəfindən Xumarın barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xumar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, şəkər xəstəsi olub, rəsmi olaraq heç bir yerdə işləməyib: "Çətinliklə dolanmışam. Şəkər xəstəsi olduğuma görə tanışım Samirə adlı qadın evimi təmizləyib, mənə köməklik edib. 2020-ci ildə Samirə evimi təmizləyən vaxt bir nəfər tanışı ilə görüşüb, söhbət etmək üçün küçəyə çıxdı. Bir müddət sonra yanında əvvəllər tanımadığım, boyun nahiyəsində döymələr olan bir nəfər cavan oğlanla qayıtdı. Mətbəxdə olduğuma görə Samirədən oğlanın kim olmasını soruşa bilmədim.

Bir neçə dəqiqədən sonra evin zalına keçdikdə Samirə ilə sonradan adını bildiyim Sadiq adlı oğlanın aralarında olan söhbəti eşitdim. Sadiq cinsi əlaqədə olmaq üçün Samirədən ona qız təşkil etməsini, Samirənin isə cinsi əlaqədə olması üçün çağırdığı qız üçün 30 manat, qızı təşkil etməsinə görə isə özünə 10 manat pul verməsini istədi. Oğlan harada cinsi əlaqədə olacaqlarını soruşdu. Samirə yalnız qızı təşkil edə biləcəyini, qız gəldikdən sonra pulunu verib, hara istəyirsə orada cinsi əlaqədə olmasını söylədi.

Borcumun və maddi ehtiyacımın olmasına görə Sadiqə qızla evimdə cinsi əlaqədə olmağı təklif etdim. Sadiq nə qədər pul istədiyimi soruşdu. 10 manat verərsə, evin otaqlarından birini müvəqqəti verə biləcəyimi bildirdim. Sadiqlə razılaşdım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirə mobil telefonunu götürüb qardaşı qızı Gülərə zəng etmək istəyib: "Lakin telefonunda kontur olmadığına görə zəng edə bilmədi. Gülərə zəng etməyi məndən xahiş etdi, nömrəni verdi. Bir neçə dəfə zəng etsəm də, Gülərə zəng çatmadı.

Sadiq üzərində pulun bütöv olduğunu dedi, mağazaya getdi, Gülər gələndə xəbər etməyi tapşırdım. Bir neçə dəfə zəng edərək Gülərlə əlaqə saxlaya bildim. Oğlanla cinsi əlaqədə olması üçün Samirənin onu çağırdığını bildirdi. Samirə isə Sadiqə zəng vurdu".

Xumarın ifadəsinə görə, bir qədər keçəndən sonra Sadiq, ardınca Səidə onun evinə gəliblər: "Hər ikisi gəldikdən sonra Samirə Sadiqdən pulunu istədi. Sadiq ona 50 manat verdi. Samirə də pulu bölmək üçün mənə verdi. Puldan 10 manat Samirəyə, 30 manat Gülərə verdim, 10 manat da özümə götürdüm.

Samirə həyətdəki hamam və ayaqyolunu təmizləməyə getdi. Sadiqlə Gülər isə digər otağa keçdilər. Bir müddət sonra evimə polis əməkdaşları gəldi. Evimdə əxlaqsız yuva təşkil etdiyimi dedilər, baxış keçirmək istədiklərini bildirdilər. Etirazımın olub-olmadığını soruşdular. Artıq etdiyim əməlin, yəni Sadiqlə Gülərin evimdə görüşdüklərinin aşkar olunduğunu bildim, baxış keçirilməsinə etiraz etmədim, bu barədə ərizə də yazdım".

Xumar bildirib ki, tanımadığı hal şahidlərinin iştirakı ilə evinə baxış keçirilib: "Sadiqin mənə verdiyi 10 manat, Gülərə verdiyi 30 manat olmaqla ümumilikdə 40 manat pul polis əməkdaşları tərəfindən götürüldü. Fotoşəkillər çəkildi, sənədləşmə işləri aparıldı, izahat vermək üçün polis şöbəsinə getdik".

Cinayət işi üzrə şahid qismində ifadə verən Sadiq deyib ki, Xumarı tanımayıb, heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmayıb: "Cinsi ehtiyacımı təmin etmək üçün Samirə adlı qadına zəng etdim. Olduğu ünvanı mənə dedi, ora gəlməyimi söylədi. Samirə söhbət üçün məni işlədiyi evə dəvət etdi. Birlikdə sonradan adının Xumar olduğunu bildiyim xanımın evinə getdik.

Söhbət zamanı özünü başqa adla təqdim etdim. Samirə görüşməyim üçün 30 manat qıza, qızı çağırdığına görə isə 10 manat özünə verməli olduğumu dedi. Qız ilə harada görüşəcəyim barədə soruşdum. Samirə yalnız qızı təşkil edə biləcəyini, qız gəldikdən sonra hara istəsə, ora aparıb, cinsi əlaqədə ola biləcəyimi bildirdi. Bu vaxt yaxınlıqda olan ev sahibəsi pula ehtiyacı olduğunu, pul verərsəm, qızla görüşmək üçün evində şərait yarada biləcəyini söylədi".

Sadiq bildirib ki, razılaşdıqdan bir qədər sonra Gülər adlı qız gəlib və onunla evin otaqlarından birində cinsi əlaqədə olmağa başlayıb: "Bu zaman evə polis əməkdaşlarının gəldiyini eşitdim. Bu səbəbdən tələsik paltarımı geyindim. Polis əməkdaşları həmin evdə nə etdiyim soruşdu. Baş verənləri polis əməkdaşlarına izah etdim".

Cinayət işi üzrə adı keçən Gülərin sözlərinə görə, təxminən 1 il əvvəl Eldar adlı şəxslə ailə qurub, həmin evlilikdən 1 övladı olub: "Ərim pandemiya ilə əlaqədar karantin rejimi dövründə fəhlə işləyə bilmədi. Mənim də işləməyimə imkan vermədi. Buna görə pandemiya müddəti ərzində 30 manat pul qarşılığında bir neçə kişi ilə müxtəlif yerlərdə cinsi əlaqədə oldum.

Polislər tərəfindən tutulduğumuz gün, saat 18 radələrində Xumar mobil telefonla zəng etdi, bibim Samirənin adından bir nəfər oğlanın mənimlə pul qarşılığında cinsi əlaqədə olmaq istədiyini bildirdi, görüşmək istəyib, istəmədiyimi soruşdu. Mağazalara borcum olduğuna görə razılaşdım. Ərimə ev yığışdırmağa getdiyimi dedim, taksi ilə Xumarın evinə yollandım.

Orada Samirə, Xumar və mənimlə cinsi əlaqədə olmaq istəyən sonradan adını bildiyim Sadiq adlı şəxs də olub. Sadiqlə yataq otağına keçərək cinsi əlaqədə olmaq üçün soyunduq. Yatağa uzanaraq cinsi əlaqədə olmağa başladıq. Həmin vaxt polis əməkdaşları evə gəldilər. Fotoşəkillərimiz çəkildi, müvafiq sənədləşmə işləri görüldü. Sonra bizi polis şöbəsinə apardılar".

Bu cinayət işinə Şəki rayon Məhkəməsində baxılıb.

Xumar aylıq qazancından hər ay 10 faizi dövlət nəfinə pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Milli.Az


Etiketlər:  Ailəli qadın pulsuzluqdan razılaşdı Polis gələndə yataq otağında Təfərrüat


RƏYLƏR