Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2022 14:22
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, rayon sakini R.Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
R.Əliyev rayon ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Aktiv COVID-19 xəstəsi olan Y.Həsənov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs ictimai yerdə aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.
Hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.