Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stoltenberq Rusiya-NATO Şurasının yeni iclasını keçirmək istəyir

Stoltenberq Rusiya-NATO Şurasının yeni iclasını keçirmək istəyir

Tarix: 20 Fevral 2022 22:06

NATO Ukrayna ətrafında davam edən böhranın həlli üçün istənilən diplomatik səyləri dəstəkləyir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq CBS telekanalına müsahibəsində bildirib. Təşkilat sədrinin sözlərinə görə, əsas vəzifə hərbi münaqişənin qarşısını almaqdır.

"İlk növbədə, Ukraynaya qarşı yeni silahlı hücumun qarşısını almaq vacibdir. Bu səbəbdən biz NATO müttəfiqlərinin siyasi həll yolu tapmaq üçün göstərdiyi bütün səyləri dəstəkləyirik", deyə - Stoltenberq CBS televiziyasında deyib.

Stoltenberq əlavə edib ki, bu məqsədlə alyans həm də Rusiya-NATO Şurasının yeni iclasını keçirməyə hazırdır.


Etiketlər:  Stoltenberq Rusiya NATO Şurasının yeni iclasını keçirmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ