Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 14:54
Azərbaycan-Rusiya sərhədində yenidən sıxlıq var. Yük aparan nəqliyyat vasitələrinin kilometrlərlə növbəsi yaranıb. Sərhəddə 1 həftədən artıq qalan bəzi avtomobillərin yanacaqları qurtarıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Rusiya yük aparanlar günlərdir sərhəddə növbə gözləyir.
Ölkəmizdən Rusiyaya keçmək üçün 1500-dən çox nəqliyyat vasitəsi uzun tıxaclara səbəb olub.
Sürücülər maşınların gec yoxlanıldığını və növbənin buna görə yarandığını iddia ediblər.Soyuducuda məhsullar xarab olmasın deyə maşınları işlək vəziyyətdə saxlayırlar. 1 həftədən çoxdur ki, sərhəddə qalan sürücülərin bəzilərinin yanacaqları qurtarıb.
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki,sıxlığa səbəb Rusiyada yerləşən gömrük-keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır.
O da bildirildi ki,intensivliyi artırmaq məqsədi ilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki, həmkarları ilə mütamadi olaraq danışıqlar aparır və sıxlıgın aradan qaldırılması ilə baglı tədbirlər görülür.