Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 16:06
Bəzi həkimlər pasiyentləri lazım olmadan müayinə olunmağa və dərman peraparatları almağa məcbur edirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu cür problemlərlə üzləşən şəxslərin sayı heç də az deyil.
Apardığımız sorğuz zamanı da bəlli oldu ki, xüsusən özəl xəstəxanalarda fəaliyyət göstərən bəzi həkimlər pasiyentlərin gətirdiyi analiz nəticələrini tanımırlar. Mütləq özlərinin istədiyi klinikalarda müayinə olunmalarını tələb edirlər. Həmçinin, müalicə əsnasında pasiyentləri müxtəlif apteklərə yönləndirərək oradan dərman almalı olduqlarını deyirlər.
Həkim-trepavet Sübhan Hacıyev deyir ki, reseptdə molekulyar tərkibli dərmanlar yazılarsa, xəstənin bunu haradan almasının əhəmiyyəti yoxdur. Bir tibb müəssisəsinin müayinə nəticələrini digər həkimin qəbul etməməsinə gəlincə isə, bunun obyektiv və subyektiv tərəflərinin olduğunu qeyd edir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, pasiyent icbari tibbi sığorta ilə xəstəxanaya müraciət edərsə, bütün müalicə və müayinələr həmin müəssisədə aparılır və həkimlərin müdaxiləsi mümkünsüzdür. Lakin özəl xəstəxanalarda qaydalar fərqlidir.
Həkimlərin pasyentləri müəyyən apteklərə yönləndirməsi məsələsinə də toxunan millət vəkili bunu tibb işçilərinin etik davranışdan kənar hərəkəti kimi qiymətləndirib. Müşfiq Məmmədli qeyd edib ki, həkim və pasiyent münasibətləri qanunvericiliklə tənzimlənir. Mübahisəli məqamlar yaranarsa, bunu hüquqi müstəvidə də həll etmək olar.
Mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: