Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 00:24
Türkiyəyə çoxlu sayda əcnəbi qadın gətirərək onları əxlaqsızlığa vadar edən qrup ələ keçib. Onların fotoşəkillərinin kataloqu ilə müştərilər tapan 2-si qadın olan 5 nəfərlik dəstəyə qarşı əməliyyat keçirilib.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, saxlanılan şübhəlilərdən 3-ü həbs edilib, 2-si məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qeyd edilir ki, bəyəndiyi qadınla pul qarşılığında cinsi əlaqədə ola biləcəyi barədə telefonuna mesaj göndərilən şəxs polisə xəbər verib. Kod adı "Sabrina" olan Qazaxıstan əsilli Səkinə D.-nin Ukrayna, Rusiya, Moldova və Qazaxıstan kimi ölkələrlə əlaqələrindən istifadə edərək, iş tapmaq vədi ilə çoxlu qadını Ankaraya gətirdiyi müəyyən edilib.
Anar Əli