Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cin çıxarma adı ilə qadınlara təcavüz edirmiş - ''Ekspert''ə həyat yoldaşı da kömək edib - VİDEO

Cin çıxarma adı ilə qadınlara təcavüz edirmiş - ''Ekspert''ə həyat yoldaşı da kömək edib - VİDEO

Tarix: 22 Fevral 2022 01:24

Muğlada özünü bioenerji mütəxəssisi və "həyat məşqçisi" kimi təqdim edən Bahadır Koyuncu şeytan çıxarma adı ilə ondan dəstək almaq üçün gələnlərə təcavüz edib.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, münasibət zamanı foto və videonu çəkən şəxsin arxivindən yüzlərlə məlumat tapılıb. Maraqlıdır ki, bu prosesdə ona həyat yoldaşı Şirin Koyuncu da yardlmçı olub. Cin çıxarma adı ilə köməyə gələn qadınları təqib edib və cinsi əlaqəyə məcbur ediblər.

Onun 15 ildən 84 ilədək azadlıqdan məhrum edilməsi istənilib. Məhkəmə nəzarətindən sonra sərbəst buraxılan Koyuncunun həyat yoldaşı Şirin Koyuncu və köməkçiləri Abdullah Çilinə də "dini inanc və hisslərindən sui-istifadə edərək fırıldaqçılıq" ittihamı ilə 12 ildən 40 ilədək həbs cəzası istənilib. İddianamədə zərərçəkmiş qismində Hazal Y., Dilarə İ., Özlem D. və Yağmur A. yer alıb.

Evlərinə gələn qadınlara "Sehriniz var, iblisləri qovmaq lazımdır" deyərək sözdə dini məclislər təşkil ediblər. Bahadır Koyuncu bu sözdə dini seansların qarşılığında zərərçəkmiş qadınlardan pul alıb. Təsdiqlənmiş məlumata görə, Bahadır Koyuncu zərərçəkmiş Dilarə İ-dən 300 lirə alaraq bir neçə dəfə cinsi əlaqədə olub. Onun Hazal Y.-dən pul almadığı, cinsi təcavüz etdiyi, Yağmur A.-dan 3 min 600 lirə, Özlem D-dən isə 5 min lirə aldığı müəyyən edilib. Evlərdə aparılan axtarışlar zamanı din məclislərində istifadə edilən öküz buynuzları və tısbağa qabıqları götürülüb.

Anar Əli


Etiketlər:  çıxarma adı ilə qadınlara təcavüz edirmiş Ekspertə həyat yoldaşı kömək edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ